
İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti” “Kristal Pelas”ı 3-0 hesabı ilə məğlub edib.
Yeniavaz.com klubun rəsmi saytına istinadla xəbər verir ki, bu qələbə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın İngiltərə liqasında komandasının üç və ya daha çox qol vurduğu 150-ci qələbəsi olub.
Klubun məlumatına görə, ispan məşqçinin bu mərhələyə çatması üçün 385 oyun lazım olub.
Bu nailiyyətlə Qvardiola 522 matçda 149 belə qələbəyə imza atan Aleks Ferqyusonun rekordunu yeniləyib.
Qeyd edək ki, “Mançester Siti” 34 xalla ikinci yerdədir və lider “Arsenal”dan iki xal geri qalır.
Tətbiqimizi yükləyə bilərsiniz