Qırğızıstanda nazir etik normaları pozdu, vəzifədən azad olundu


Baktiyar Orozov dövlət qulluğunun etik normalarını pozduğuna görə Qırğızıstanın elm, ali təhsil və innovasiyalar naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstanın Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, müvafiq fərman Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
Prezident bu qərarı “dövlət və bələdiyyə işçiləri üçün etik standartların tələblərinə əməl edilməməsi” ilə bağlı verib.
Qərar Qırğızıstan Respublikasının konstitusiyasına, həmçinin “Dövlət mülki xidməti və bələdiyyə xidməti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
Qeyd edək ki, Orozov bu ilin iyun ayında nazir təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top