
“Google” “Gemini” süni intellektinin imkanlarını özündə birləşdirən “Google Tərcümə” xidmətinə yeni funksiya əlavə edib.
Yeniavaz.com “TechCrunch” portalına istinadla xəbər verir ki, yeni funksiya danışanın tempini və intonasiyasını qorumaqla nitqin real vaxt rejimində sinxron tərcüməsini təmin edən “Canlı Tərcümə” funksiyasıdır.
Bu funksiya qoşulmuş istənilən qulaqlıqla işləyir.
Nitqdən nitqə çevirmə alqoritmi yalnız sözləri tərcümə etmir, həm də danışanın emosional tonunu, intonasiyasını və intervalını təqlid edir.
Bu, dialoqu daha təbii etmək və istifadəçiyə söhbətdəki iştirakçıları ayırd etməyə kömək etmək üçün hazırlanıb.
Hazırda funksiya 70-dən çox dili dəstəkləyir.
“Canlı Tərcümə”nin beta testi artıq ABŞ, Hindistan və Meksikada “Android” cihazlarında başlayıb.
2026-cı ildə bu funksiya tətbiqin "iOS" versiyasında da əlçatan olacaq.
“Google” həmçinin mətn tərcüməsinin keyfiyyətini də artırıb. Belə ki, “Google” “Gemini” modelindən istifadə edərək, kontekstləri, jarqonları, idiomları və yerli ifadələri düzgün şərh etməyi, həmçinin, hərfi tərcümədən imtina edərək, mənanı çatdırmağı öyrənib.
Bu funksiya artıq yapon, alman və Çin dilləri də daxil olmaqla 20 digər dil üçün mövcuddur.
Tətbiqimizi yükləyə bilərsiniz