
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) keçirdiyi tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC (VÖEN – 1403566801) olub.
Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom” Bakı şəhəri ərazisində salınan məcburi köçkün qəsəbələrində mənzillərin və binaların dam örtüyünün təmirinə görə “Diler İnşaat” QSC-yə 196 min 258 manat 27 qəpik ödəyəcək.
Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşən QSC-nin nizamnamə kapitalı 2010 manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Onu da bildirək ki, “Diler İnşaat” QSC-nin sahibi millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadədir. Orxan Quluzadə eyni zamanda Londonda “11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan “Ugano Limited” şirkətinə rəhbərlik edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz