
Amerikanın “Stratolaunch” aerokosmik şirkəti dünyanın ən uzun qanadlı nəhəng “Roc” təyyarəsinin növbəti sınaq uçuşunu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, təyyarə bir-birinə birləşdirilmiş iki gövdəyə bənzəyən unikal dizayna malikdir.
Təyyarənin qanadlarının uzunluğu 117 metrdir ki, bu da bir futbol meydançasından daha uzundur.
Təyyarə altı "Boeing 747” mühərriki ilə təchiz olunub.
Təyyarənin öz çəkisi 226 ton olsa da, maksimum uçuş çəkisi 590 tondur.
O, 10 kilometr hündürlükdə uçmaq üçün nəzərdə tutulub.
Ən böyük təyyarə adını ərəb və fars mifologiyasından olan nəhəng quşun adından götürür.
Onun orbitə hava ilə buraxılan kosmik gəmilər üçün faydalı olacağı gözlənilir.
Qeyd edək ki, “Roc”un sınaq uçuşu ilk dəfə 2019-cu ilin aprel ayında baş tutub.
Xatırladaq ki, “Stratolaunch” 2011-ci ildə “Microsoft”un həmtəsisçisi Pol Allen tərəfindən qurulub.





Tətbiqimizi yükləyə bilərsiniz