Bu şəxslərə general rütbəsi verildi – Siyahı


Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Yeniavaz.com
 xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə.

“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova;
polkovnik Seymur Taleh oğlu Qaraşova.

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.

DİGƏR XƏBƏRLƏR

Top