
İranın xarici işlər naziri Abbas Əraqçi dekabrın 17-də Moskvaya işgüzar səfərə gedəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İran XİN rəhbəri orada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
“İki xarici işlər naziri İranın nüvə proqramı ətrafındakı vəziyyət də daxil olmaqla, cari beynəlxalq məsələləri ətraflı müzakirə etmək və qarşılıqlı maraq doğuran regional məsələlər barədə fikir mübadiləsi aparmaq niyyətindədir”, - Rusiya XİN qeyd edib.
Nazirliyin bildirdiyinə görə, xüsusi diqqət 2 oktyabr 2025-ci il tarixində yeni dövlətlərarası müqavilənin qüvvəyə minməsindən sonra keyfiyyətcə yeni hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatan Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyindəki cari məsələlərə yönəldiləcək.
Tətbiqimizi yükləyə bilərsiniz