
Bu ilin ilk 3 rübü ərzində Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38,7 milyon dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% və ya 658,1 milyon dollar artıb.
Qeyd edək ki, ən böyük artım İsrail iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk 3 rübü ərzində Azərbaycan İsrail iqtisadiyyatına 400 milyon dollar investisiya yatırdığı halda, bu ilin ilk 3 rübündə bu göstərici 35,7% və 142,7 milyon dollar artaraq 542,7 milyon dollara yüksəlib. Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına yatırdığı ümumi investisiyaların 26,6%-i İsrailin payına düşüb.
İsraildən sonra Azərbaycan ən çox Türkiyə iqtisadiyyatına sərmayə yatırıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyə iqtisadiyyatına yatırılan investisiyalar 113,2 milyon dollar və ya 64,5% artıb.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələr aşağıdakı kimi olub:
İsrail – 26,6% (542,7 milyon dollar);
Türkiyə – 14,2% (288,6 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 12,3% (250,1 milyon dollar);
Böyük Britaniya – 8,7% (176,4 milyon dollar);
İtaliya – 5,8% (118,6 milyon dollar);
Amerika Birləşmiş Ştatları – 5,8% (117,4 milyon dollar);
Gürcüstan – 5,5% (111,3 milyon dollar);
Almaniya – 2,6% (53,2 milyon dollar);
İspaniya – 2,5% (51,0 milyon dollar);
Rusiya – 1,9% (38,9 milyon dollar);
Özbəkistan – 1,7% (34,4 milyon dollar);
İsveçrə – 1,4% (28,8 milyon dollar);
Fransa – 1,2% (24,4 milyon dollar);
İsveç – 1,0% (20,6 milyon dollar);
Avstraliya – 1,0% (19,4 milyon dollar);
Səudiyyə Ərəbistanı – 0,8% (15,7 milyon dollar);
Sinqapur – 0,6% (13,2 milyon dollar);
Koreya Respublikası – 0,6% (12,3 milyon dollar);
Yaponiya – 0,6% (12,1 milyon dollar);
Finlandiya – 0,5% (10,9 milyon dollar);
Çin – 0,5% (9,8 milyon dollar);
Peru – 0,4% (8,0 milyon dollar);
Yeni Zelandiya – 0,4% (7,8 milyon dollar);
Danimarka – 0,4% (7,4 milyon dollar);
Qazaxıstan – 0,4% (7,3 milyon dollar);
Kanada – 0,2% (4,3 milyon dollar);
Avstriya – 0,2% (3,7 milyon dollar);
Nigeriya – 0,2% (3,7 milyon dollar);
Malayziya – 0,2% (3,7 milyon dollar);
Digər dövlətlər – 2,1% (42,9 milyon dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz