
Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən 361 milyon 357 min dollar pul göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən vəsaitlərin həcmi 46,9 milyon dollar və ya 11,5% azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan ən çox vəsait Türkiyəyə köçürülüb. Belə ki, qonşu ölkəyə 104,5 milyon dollar (ümumi məbləğin 28,9%-i) göndərilib.
İkinci yerdə ABŞ qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə Amerikaya göndərilən pullar 9,2 milyon dollar artaraq 55,7 milyon dollara yüksəlib. Bu isə ümumi köçürmələrin 15,4%-nə bərabərdir.
2025-ci ilin ilk 9 ayında Azərbaycandan xaricə köçürülən pulların ölkələr üzrə tam siyahısı belədir:
Türkiyə – 104,5 mln. $ (28,9%);
Amerika Birləşmiş Ştatları – 55,7 mln. $ (15,4%);
Rusiya Federasiyası – 34,3 mln. $ (9,5%);
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – 20,5 mln. $ (5,7%);
Gürcüstan – 19,8 mln. $ (5,5%);
Almaniya – 17,9 mln. $ (5,0%);
Birləşmiş Ərəb Əmirlikləri – 15,5 mln. $ (4,3%);
Kanada – 6,9 mln. $ (1,9%);
Çin – 5,4 mln. $ (1,5%);
İsveçrə – 5,4 mln. $ (1,5%);
Qazaxıstan – 5,1 mln. $ (1,4%);
İtaliya – 4,7 mln. $ (1,3%);
İspaniya – 4,0 mln. $ (1,1%);
Ukrayna – 4,0 mln. $ (1,1%);
Litva – 3,9 mln. $ (1,1%);
Fransa – 3,9 mln. $ (1,1%);
Avstriya – 3,8 mln. $ (1,0%);
Koreya Respublikası – 3,6 mln. $ (1,0%);
Çexiya – 3,6 mln. $ (1,0%);
Polşa – 3,4 mln. $ (1,0%);
Belçika – 3,1 mln. $ (0,9%);
Niderland Krallığı – 2,9 mln. $ (0,8%);
Özbəkistan – 2,8 mln. $ (0,8%);
İsrail – 2,6 mln. $ (0,7%);
Hindistan – 1,7 mln. $ (0,5%);
Avstraliya – 1,1 mln. $ (0,3%);
Digər dövlətlər – 21,4 mln. $ (5,9%).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz