“Azərbaycanla sərhəddə vəziyyət sakitdir”


“Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
O, həmçinin, jurnalistlərə açıqlama verərkən narahatlığa heç bir əsas olmadığını qeyd edib.
“Silahlı qüvvələr bu gün güclü külək və qar fırtınası kimi hava ilə bağlı çətinliklərlə üzləşirlər. Bu, qoşunların xidmətlərinin təşkilində əlavə çətinliklər yaradır, çünki qış aylarında yüksək dağlıq ərazilərdəki mövqelərə aparan yollar bağlı olur”, - Papikyan bildirib.
Papikyan deyib ki, Ermənistan Silahlı Qüvvələrinin bəzi mövqeləri 3500 metrə qədər yüksəklikdə yerləşir və oktyabr ayından bəri orada qar yağır. Buna görə də, yolların təmizlənməsi və fasiləsiz rabitənin təmin edilməsi üçün səylər göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top