Yalın əllə terrorçunu belə zərərsizləşdirdi – Video


Sidneydə 16 nəfərin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olan terror aksiyasını törədənlərin ata və oğul olduğu müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Polis Komissarı Mel Lenyon mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bondi çimərliyində insanlara odlu silahlarla hücum edənlər Sidneyin cənub-qərbindəki Bonniriqq bölgəsinin iki sakini olub.
Əməliyyat zamanı 24 yaşlı oğul ağır yaralanıb, 50 yaşlı ata isə öldürülüb.
Lenyon hücum edənlərdən birinin təxminən 10 ildir lisenziyalı və qanuni odlu silah sahibi olduğunu qeyd edib.
Digər tərəfdən, Sidney terror hücumu zamanı mülki şəxslərin güllələnməsi təxminən altı dəqiqə davam edib və bu müddət ərzində cinayətkarlar 103 atəş açıblar.
Bu barədə bütün hücumu lentə alan müşahidə kamerası görüntülərinə istinadla ABC telekanalı məlumat verib.
Qeyd edək ki, terror aksiyası zamanı Əhməd adlı meyvə-tərəvəz satıcısı gizlicə yaxınlaşaraq terrorçulardan birinin silahını alıb. O bunu edərkən iki güllə yarası alıb.
Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb:

Xatırladaq ki, dekabrın 14-də iki nəfər Sidneydəki Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı atəş açıb. Son məlumatlara görə, terror aksiyası nəticəsində ən azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb. Mediada yayılan məlumatlara görə, hücum bir neçə ay əvvəl planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top