
“Bavariya” Almaniya Bundesliqasının 14-cü turunda “Maynts”la heç-heçə etdiyi (2:2) oyunda yeni rekorda imza atıb.
Yeniavaz.com “Opta”ya istinadla xəbər verir ki, bu barədə “Bavariya” klubu məlumat yayıb.
Məlumata görə, bununla da Münhen klubu Almaniya çempionatı tarixində 50 qol həddinə ən tez çatan ilk klub olub.
Qeyd edək ki, “Maynts”la oyundan sonra “Bavariya” 51 qol vurub, 11 qol buraxıb.
Xatırladaq ki, Almaniya çempionatında keçirilən 14 oyundan sonra Vensan Kompaninin komandası 38 xalla turnir cədvəlinə başçılıq edir.
“Bavariya”nın növbəti oyunu dekabrın 21-də səfərdə “Haydenhaym”la olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz