Tailandla sərhəddə 12 kambocalı həlak olub


Tailand-Kamboca sərhədində bu ayın əvvəlindən bəri şiddətlənən münaqişə nəticəsində 12 kambocalı həlak olub, 74 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti Kambocanın informasiya naziri Net Pxeaktraya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, 400 mindən çox kambocalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Digər tərəfdən, Tailand ordusu hücumlarda qırıcı təyyarələr də daxil olmaqla ağır silahlardan, eləcə də kaset bombalarından istifadə edib.
Pxeaktra həmçinin, qeyd edib ki, Tailand ordusunun son doqquz gün ərzində silahlı təcavüzü zamanı mülki şəxslər, evlər, körpülər, məktəblər, xəstəxanalar və məbədlər hədəfə alınıb.
O əlavə edib ki, 14 dekabr axşamı etibarilə 120 min 814 ailə (403 min 601 nəfər) Tailand ordusunun silahlı təcavüzündən qaçmağa məcbur olub.

DİGƏR XƏBƏRLƏR

Top