
Mehmanə Mirzəzadə Lənkəranın Diryan kəndinin ilk ali təhsilli qadınıdır.
Yeniavaz.com İTV-yə istinadla xəbər verir ki, o, hazırda böyüyüb boya-başa çatdığı kəndin orta məktəbində kimya müəllimidir.
M. Mirzəzadə həmin məktəbdən 2018-ci ildə məzun olub və Lənkəran Dövlət Universitetində ali təhsil alıb.
Bildirilir ki, son illərə kimi təxminən 1000 nəfərin yaşadığı Diryan kəndində qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb.
“Qızların oxumağına o qədər biganə yanaşırdılar ki, düşündüm bu çəpəri aşıb öz məqsədimə çatacağam. Maddi çətinliyim oldu. Gedib-gəlməyə şəraitimiz yoxdur, amma bu gün buradayamsa, deməli, bunları aşmışam. Mənim müəllim olmağım, həm də qız şagirdlərimdə motivasiya yaradır”, - M. Mirzəzadə bildirib.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz