Çilidəki prezident seçkilərində mühafizəkar siyasətçi qalib gəldi


Müxalifətçi mühafizəkar siyasətçi Xose Antonio Kast Çili prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Çilinin seçki xidmətinin seçki məntəqələrinin 83,43%-də səslərin sayılmasından sonra dərc etdiyi nəticələrdə öz əksini tapıb.
Kast səslərin 58,61%-ni, hakim “Çili üçün Birlik” mərkəz-sol koalisiyasını təmsil edən rəqibi Janett Xara isə səslərin 41,39%-ni toplayıb.
O, artıq məğlubiyyətini etiraf edib və Kastı qələbəsi münasibətilə təbrik edib.
Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını və qanunsuz miqrasiya ilə mübarizə üçün daha sərt tədbirlərin görülməsini müdafiə edir.
O, korporativ vergi dərəcəsini aşağı salmağı, dövlət xərclərini azaltmağı və Boliviya ilə sərhəddə maneələr qurmağı vəd edir.
Mühafizəkar siyasətçi həmçinin ABŞ-nin Venesuelada hərbi əməliyyatlarını dəstəklədiyini bildirib.
Kast general Auqusto Pinoçetin hərbi rejimindən bəri Çili Prezidenti vəzifəsini tutan ilk ultra-mühafizəkar siyasətçi olacaq.
O, evtanaziya, abort, boşanma və eyni cinsli nikahlara qarşıdır.
Kastın atası Vermaxtda xidmət edib və 1950-ci ildə Çiliyə qaçıb.
Çilinin seçilmiş prezidenti vəzifəsinin icrasına 2026-cı il martın 11-də dörd illik müddətə başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top