Ramaldanovun yaxınları qəzaya düşüb – Ölənlər var


Ötən gün – dekabrın 14-də Qusarın Yuxarı Ləgər kəndində KIA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yeniavaz.com
xəbər verir ki, sözügedən qəzada həyatını itirən və xəsarət alan şəxslərin tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri olduğu bildirilir.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, qəzada həyatını itirənlərdən biri – 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır.
Ü.Cəfərov qeyd edib ki, dünyasını dəyişən digər şəxs – 43 yaşlı Cəmilə Bağırova da Ramaldanov ailəsinin üzvlərindən biridir:
“Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar”.

DİGƏR XƏBƏRLƏR

Top