
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 12,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft məhsullarından avtomobil benzininin istehsalı 10,9 faiz, mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 25,8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 18,4 faiz, ağ neft istehsalı 14,3 faiz artıb, neft bitumu istehsalı 5,1 faiz, sürtkü yağları istehsalı isə 48,3 faiz azalıb.
Tətbiqimizi yükləyə bilərsiniz