“Qarabağ”dan darmadağın – Nəriman Axundzadə qol vurub


Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son vaxtlar tənqid hədəfində olan Nəriman Axundzadə bu qarşılaşmada fərqlənərək komandasının ikinci qolunu vurub. Hücumçu 41-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Matçda hesabı açan futbolçu isə Toral Bayramov olub.
İkinci hissədə Qurban Qurbanovun komandası daha 3 qol vurub. Oyun 5:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qollarını Montiel (57-pen), Leandro Andrade (72) və Toral Bayramov (90+5-pen) vurub. “Araz-Naxçıvan”ın yeganə qolununun müəllifi  Ramon Maçado (76-pen) olub.

DİGƏR XƏBƏRLƏR

Top