Pənah Hüseynin istefası qəbul olundu, Qiyas Sadıqov AXP-nin yeni sədri oldu


Azərbaycan Xalq Partiyasının (AXP) VII növbədənkənar qurultayı keçirilib.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə partiyanın sədri Pənah Hüseyn paylaşım edib.
Qeyd olunub ki, qurultay Pənah Hüseynin istefasını qəbul edib və Qiyas Böyükağa oğlu Sadıqov AXP-nin sədri seçilib.
Məlumat üçün bildirək ki, 1957-ci ildə anadan olan Pənah Hüseyn Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993) və Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993) olub.

DİGƏR XƏBƏRLƏR

Top