HƏMAS-ın daha bir komandiri öldürüldü


İsrail ordusu bu gün Qəzza zolağında HƏMAS hərəkatının yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü elan edib.
Yeniavaz.com
İsrail Müdafiə Qüvvələrinə istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahu orduya bu əmri Qəzza zolağında iki əsgərin yaralanmasına cavab olaraq verdiyini bildirib.
Digər tərəfdən, HƏMAS hərəkatı onun öldürüldüyünü təsdiq edib. Bu açıqlama ilə hərəkatın anklavdakı rəhbəri Xəlil əl-Həyya çıxış edib.
HƏMAS-ın hazırkı hərbi iyerarxiyasında iki nömrəli şəxs hesab edilən Saad çoxsaylı rəhbər vəzifələr tutub. Saad HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın əsas komandirlərindən biri olub.
İsrailin “Kan” dövlət televiziyası Saadın raket buraxıcılarının, raketlərin və tank əleyhinə silahların istehsalından məsul olan istehsal qərargahına rəhbərlik edib.
“Kan” ın bildirdiyinə görə, Saad əvvəllər HƏMAS-ın xüsusi əməliyyatlar qərargahınn rəhbəri olub və 7 oktyabr 2023-cü il tarixdə HƏMAS-ın İsrailə hücumunun təşkilində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top