Papa Ukraynaya səfər edə bilər – Vatikan plan hazırladı


Ukrayna Prezidenti Volodimir Zelenskİ ilə Kastel Qandolfoda görüşündən sonra Roma Papası XIV Leo Ukraynaya səfər etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ANSA xəbər agentliyi məlumat yayıb.
Lakin pontifikin sözlərinə görə, təhlükəsizlik məsələləri ciddi bir problem olaraq qalır.
Agentliyin məlumatına görə, Vatikan artıq papanın təxminən dörd ildir davam edən müharibədən əziyyət çəkən ölkəyə səfər etməsinə imkan verən plan da hazırlayıb.
“Ümid edirəm ki, bu səfər baş tutacaq, amma nə vaxt baş verəcəyini bilmirəm. Belə məsələlərdə realist qalmaq vacibdir”, - deyə Papa əlavə edib.
O, həmçinin, ədalətli və davamlı sülhün bərqərar olması üçün hər cür səy göstərəcəyini bildirib.
Qeyd edək ki, dörd gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski və Roma Papası XIV Leo Roma yaxınlığındakı Kastel Qandolfoda görüşüb. Bu, Vatikan və Ukrayna rəhbərləri arasında üçüncü görüş idi.

DİGƏR XƏBƏRLƏR

Top