
Sidneydəki Bondi çimərliyində atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avstraliya hüquq-mühafizə orqanları “X” sosial media səhifəsində məlumat verib.
Atışma iki naməlum şəxs tərəfindən törədilib. Onlardan biri öldürülüb, digəri yaralanıb.
Yaralı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 10 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.
Yeni Cənubi Uels Polis Komissarı Mel Lenyon da mətbuat konfransında atışmada on nəfərin öldüyünü, onlardan birinin atıcı olduğunu bildirib. O, ikinci atıcının ağır vəziyyətdə xəstəxanada olduğunu qeyd edib.
Onun sözlərinə görə, Sidney çimərliyində baş verən atışmada ilə bağlı üçüncü şübhəli saxlanılıb. Polis komissarı onun könüllü olaraq hakimiyyət orqanlarına təslim olduğunu qeyd edib.
Mel Lenyon əlavə edib ki, polis ərazini mühasirəyə alıb və atışma zonasında tapılan əşyaları araşdırmağa başlayıb.
Qeyd edək ki, atışma Hanuka bayramı şənlikləri zamanı baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz