
Honkonq yaşayış kompleksində baş verən və ən azı 160 nəfərin həyatına son qoyan böyük yanğın nəticəsində 5 milyard Honkonq dollarından (642 milyon dollardan) çox ziyan dəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ekspertlərə istinadla “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Son məlumatlara görə, 26 noyabrda başlayan və 28 noyabrda söndürülən yanğın nəticəsində 1736 mənzil və oradakı bütün əşyalar tamamilə məhv olub.
Hadisə nəticəsində, ümumilikdə təxminən 5000 nəfər evsiz qalıb.
Bundan əlavə, ekspertlər qeyd edirlər ki, ziyana şəhərin matəminə görə bir sıra tədbirlərin ləğv edilməsi nəticəsində dəyən ziyan daxil deyil.
Xüsusilə, “Honkonq Disneyland” gündəlik paradlarını və atəşfəşanlıq nümayişlərini 27 noyabrdan 8 dekabra qədər dayandırıb.
Restoranlar və iaşə müəssisələri çoxsaylı tədbirlərin ləğv olunduğunu bildiriblər. Honkonq Otel Sahibləri Federasiyası qəzetə bildirib ki, otel sənayesi də çoxsaylı ləğv və təxirəsalmalarla üzləşib.
Qeyd edək ki, Honkonqun “Yeni Ərazilər” adlandırılan Tay Po rayonundakı “Wan Fook Court” yaşayış kompleksində baş verən yanğın səkkiz hündürmərtəbəli yaşayış binasından yeddisini əhatə edib. Yanğının binaların binaların kosmetik təmiri üçün istifadə olunan bambuk pilləkənlərdən başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib. Yanğını iki gün sonra söndürmək mümkün olub. 2 gün davam etmiş yanğın nəticəsində 128 nəfər ölüb, 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.
Xatırladaq ki, “Wan Fook Court” yaşayış kompleksində baş verən yanğın şəhər tarixində ən ölümcül yanğın olub. Tələfat baxımından əvvəlki ən böyük yanğın 41 nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən 1996-cı ildə “Garley” Binasında baş vermiş yanğın olub. Şəhər tarixindəki ən ölümcül yanğın 1918-ci il fevralın 27-nə təsadüf edir. “Happy Valley” Yarış Parkında yanğın zamanı tribunanın çökməsi nəticəsində 600-dən çox adam həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz