
Tramp administrasiyası əvvəlki maliyyə ilində Müdafiə Nazirliyinin büdcəsindən miqrasiya ilə mübarizəyə 2 milyard dollar ayırıb və cari maliyyə ilində (ABŞ-də 1 oktyabrda başlayır) bu məbləği ikiqatdan çox artırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Konqresin hər iki palatasından bir neçə demokrat tərəfindən dərc edilən birgə hesabatda bildirilib.
Hesabatda qeyd olunur ki, Pentaqonun 2026-cı maliyyə ili üçün büdcə sorğusunda ABŞ-Meksika sərhədində miqrantlara qarşı əməliyyatlar üçün ən azı 5 milyard dollar ayrılıb.
Qanunvericilərin sözlərinə görə, Pentaqon ötən maliyyə ilində sərhəddə qoşunların yerləşdirilməsi üçün 1,3 milyard dollar, ölkə daxilində və xaricdə hərbi obyektlərdə miqrantların saxlanılması üçün 420,9 milyon dollar, Los-Anceles, Portland və Çikaqo kimi ABŞ şəhərlərində qoşunların yerləşdirilməsi üçün 258 milyon dollar və hərbi deportasiya uçuşları üçün 40,3 milyon dollar ayırıb.
Konqres üzvləri hesab edirlər ki, Trampın ABŞ ordusundan miqrasiya məsələlərində istifadə etməsi qoşunların hazırlığını azaldır. Həmçinin, hesabatda deyilir ki, bu cür əməliyyatlar çox vaxt eyni funksiyaları mülki hakimiyyət orqanları ilə yox, ordu ilə yerinə yetirildikdə lazım olduğundan bir neçə dəfə baha başa gəlir.
Tətbiqimizi yükləyə bilərsiniz