
“TopSpeed” portalı tarixin ən etibarlı 10 avtomobilinin siyahısını dərc edib.
Yeniavaz.com xəbər verir ki, 2015-ci il istehsalı olan “Toyota Camry” sedanı etibarlılıq reytinqində 100 baldan 90 balla birinci yeri tutub.
Ən etibarlı avtomobillər reytinqində ikinci yeri 100 baldan 89 balla qiymətləndirilən və 2015-ci il istehsalı olan “Lexus ES” tutub. İlk üçlüyü 100 baldan 88 balla 2007-ci il istehsalı olan “Toyota Corolla” tamamlayıb.
Bütün dövrlərin ən etibarlı 10 avtomobili arasında 2007-ci il “Honda Accord”, 2018-ci il “Toyota RAV4”, 2019-cu il “Mazda MX-5 Miata”, 2021-ci il “Lexus GX”, 2022-ci il “Toyota Prius”, 2022-ci il “Mazda CX-9” və 2022-ci il “Subaru Legacy” də var.
Tətbiqimizi yükləyə bilərsiniz