“Financial Times” “İlin Adamı”nı elan etdi


Qrafik prosessor istehsalçısı “Nvidia” şirkətinin baş direktoru Jensen Huanq “The Financial Times” (FT) tərəfindən “İlin Adamı” seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat qəzetin veb saytında öz əksini tapıb.
“FT-nin “İlin Adamı” Jensen Huanqdır. O, qlobal iqtisadiyyatı dəyişdirmək potensialına malik nəhəng süni intellekt bumunun arxasında duran hərəkətverici qüvvədir”, - nəşr qeyd edib.
Digər tərəfdən, dekabrın 11-də Amerikanın “Time” jurnalı Jensen Huanq da daxil olmaqla “süni intellekt memarlarını” “İlin adamları” adlandırıb . Nəşr həmçinin, ”Xaı”nin baş direktoru İlon Mask, “OpenAI”nin baş direktoru Sem Altmanı və “Meta”nın qurucusu Mark Zuckerberqi də “İlin adamları” siyahısına daxil edib.

DİGƏR XƏBƏRLƏR

Top