Suriyada ABŞ hərbçilərinə hücum – Təfərrüatlar açıqlandı


Suriyanın Palmira şəhərində İŞİD-ə qarşı əməliyyat zamanı iki ABŞ hərbçisi və bir mülki tərcüməçi öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell “X” sosial şəbəkı hesabında məlumat verib.
Onun sözlərinə görə, daha üç nəfər yaralanıb.
Digər tərəfdən, “The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, Suriyadakı ABŞ hərbi qulluqçularına hücum amerikalı podpolkovnik və Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi arasında görüş zamanı baş verib.
Nəşr bildirib ki, hücum əsgərlərin yerli amerikalı komandir və Suriya Daxili İşlər Nazirliyinin rəsmisi arasında İŞİD-ə qarşı mübarizə ilə bağlı görüşdə keşik çəkərkən baş tutub.
Nəşrin məlumatına görə, silahlı şəxs iclas otağının pəncərəsindən əsgərlərə pulemyotla atəş açıb. Amerika və Suriya qüvvələri cavab atəşi açıblar. Daha sonra suriyalılar hücumçunu təqib ediblər. Nəticədə İŞİD yaraqlısı olan silahlı şəxs öldürülüb.
ABŞ prezidenti Donald Tramp Suriyada ABŞ qoşunlarına qarşı İŞİD-in hərəkətlərindən sonra "ciddi cavab tədbirləri" görüləcəyinə söz verib 

DİGƏR XƏBƏRLƏR

Top