
Müntəzəm olaraq sağlam yemək vacib olsa da, bəzən qeyri-sağlam qidaları yemək olar.
Yeniavaz.com xəbər verir ki, bu barədə dietoloq Aleks Sempere “20minutos”a danışıb.
“Sağlam olmayan qidaları hərdən rahatlıqla yemək olar. Əsl problem bunu təkrar etməkdir. Ponçik və ya peçenye yemək böyük bir problem deyil. Amma uşağın müntəzəm qəlyanaltısı bunlardan ibarətdirsə, o zaman risk var. Bu qidaları hər gün qəbul etmək olmaz”, - həkim bildirib.
Lakin o, bu qaydanın bir istisnası olduğunu qeyd edib - şəkərli içkilər. Həkim onları tamamilə qadağan edib:
“Onlar bir çox insanlar üçün daimi şəkər mənbəyidir. Onların tərkibində çoxlu miqdarda kalori var ki, onlar aclığı təmin etmir, əksinə, insan özü də fərqinə varmadan həddindən artıq istehlaka səbəb olur”.
Tətbiqimizi yükləyə bilərsiniz