
Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dva mayora” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində bir neçə diaspor üzvü saxlanılıb.
Nəşrin məlumatına görə, saxlanılan arasında Niyaz Zahidov da var. Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi iddia olunub.
“Əldə etdiyimiz məlumata görə, təhlükəsizlik qüvvələrinin son reydindən sonra azərbaycanlı polis bölməsinə aparılıb, orada rus pasportu əlindən alınıb və o, tarixi vətənlərinə deportasiyasını gözləyən qeyri-qanuni mühacirlərin saxlanma məntəqəsinə göndərilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz