Mariya Kolesnikova Belarusda azadlığa buraxıldı

maria kolesnikova qanunsuz yollarla ukraynaya qaçarkən saxlanılıb - yenilənib
Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət lideri olan Mariya Kolesnikova da daxil olmaqla 120-dən çox məhbusu əfv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Zerkalo” məlumat yayıb. 
Bildirilib ki, Kolesnikovanın bacısı Tatyana Xomiç artıq onunla telefonla danışıb.
“Naşa Niva” nın məlumatına görə, Kolesnikova bu yaxınlarda cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb ki, o, azadlığa çıxana qədər kökəlsin və “daha ​​gözəl görünsün”.
Bütövlükdə, ABŞ Prezidenti Donald Trampla razılaşmanın bir hissəsi olaraq Lukaşenko müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib.
Həmçinin “Vesna” hüquq müdafiə mərkəzinin sədri, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Ales Bialiatski də azad edilib.
Qeyd edək ki, 2020-ci il seçki kampaniyası zamanı Mariya Kolesnikova prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran Viktor Babarykanın təşviqat koordinatoru vəzifəsində çalışıb. O, həmin il sentyabrın 7-də seçkidən sonra həbs edilib. Bundan əvvəl onun Belarusdan zorla çıxarılmasına cəhd edilib, lakin o, sərhəddə pasportunu cırıb. Daha sonra o, “hakimiyyəti ələ keçirməyə cəhd" ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Həbsxanada olduğu demək olar ki, bütün müddət ərzində ailəsi və dostları onunla əlaqə saxlamayıb və onun haqqında heç nə bilmirdilər. 
 

DİGƏR XƏBƏRLƏR

Top