
“Bu gün sizinlə yaxşı xəbəri bölüşə bilərəm: erkən diaqnoz, effektiv müdaxilə və həkimlərin göstərişlərinə ciddi əməl olunması sayəsində yeni ildə mənim xərçəng müalicə qrafikim qısala bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Böyük Britaniya kralı III Çarlz “Xərçənglə Mübarizə kampaniyası”na dəstək olmaq üçün yazdığı videomüraciətdə deyib.
Çarlz müalicəsi zamanı hər bir xərçəng xəstəsini əhatə edən “qayğı icması”ndan böyük dəstək hiss etdiyini deyib. Bununla belə, kral qeyd edib ki, bütün vətəndaşlar vaxtında yoxlanışdan keçmir. Buna görə də, onun sözlərinə görə, ölkə insanlara hansı testlərin mövcud olduğunu və nə vaxt edilə biləcəyini öyrənməyə kömək etmək üçün onlayn ümummilli müayinə proqramına başlayır.
Xatırladaq ki, 2024-cü ilin fevralında Bukingem Sarayı 75 yaşlı krala erkən mərhələdə xərçəng diaqnozu qoyulduğunu elan edib. Kral ailəsinin nümayəndələri xərçəngin növünü dəqiqləşdirməyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz