
Dünya çempionu Argentina komandasının və İtaliya ikincisi “İnter Milan”ın 28 yaşlı hücumçusu Lautaro Martinez, onun transferində maraqlı olan İspaniya çempionu “Barselona”ya keçmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Bildirilib ki, “Barselona”da Lautaro Martinez, müqaviləsi yayda başa çatacaq polşalı hücumçu Robert Levandovskinin əvəzedicisi hesab olunur.
Qeyd edək ki, Lautaro Martinez bu mövsüm “İnter”də 19 oyun keçirib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun İtaliya təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
“Transfermarkt” Martinezin transfer dəyərini 85 milyon avro olaraq qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz