“Veliaht”da “Tərəkəmə” səsləndirildi – Video


Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi olan Türkiyə serialı “Veliaht”ın 13-cü seriyasında “Tərəkəmə” səsləndirilib.
Yeniavaz.com
xəbər verir ki, həmin epizod sosial şəbəkələrdə yayılıb və azərbaycanlı istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Azərbaycanın ritmik xalq rəqsi olan “Tərəkəmə” köçəri maldarların bayram şənliklərində, toylarda ifa etdikləri rəqslərdən biridir. Adını çox qədim zamanlarda Azərbaycanda məskən salmış tayfadan götürüb.
Sözügedən musiqini bir çox Azərbaycan, o cümlədən xarici ölkə bəstəkarları öz əsərlərində istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top