
44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidməti rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilən tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.
O bildirib ki, Q. Həsənov Azərbaycan ordusundan ehtiyata buraxılandan sonra Rusiya gedib:
“Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə həlak olub”.
Tətbiqimizi yükləyə bilərsiniz