
Ağ Evdə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları müzakirə olunub.
Yeniavaz.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” hesabında yazıb.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlarası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşü zazmanı baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz