
Avropa İttifaqı Rusiyanın Avropadakı aktivlərini qeyri-müəyyən müddətə dondurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, iqtisadi fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi prosedurdan istifadə edərək, Aİ Rusiya Ukraynaya qarşı müharibədən əl çəkənə və döyüşlər zamanı Ukrayna tərəfinə dəymiş ziyanı ödəyənə qədər aktivləri bloklayıb.
“Oktyabr ayında Avropa liderləri Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini bitirənə və dəymiş zərəri ödəyənə qədər Rusiyanın aktivlərini dondurulmuş vəziyyətdə saxlamağı öhdəsinə götürüblər. Bu gün biz bu öhdəliyi yerinə yetirmişik. Növbəti addım: 2026-2027-ci illər üçün Ukraynanın maliyyə ehtiyaclarının təmin edilməsi”, - Aİ Şurasının sədri Antonio Kosta deyib.
Tətbiqimizi yükləyə bilərsiniz