
Səudiyyə Ərəbistanının bir futbol klubu “Liverpul”un misirli hücumçusu Məhəmməd Salaha həftəlik 2,8 milyon avroluq müqavilə təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Indykaila News” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Salah bundan əvvəl “Liverpul”un Çempionlar Liqasında İtaliyanın “İnter”i ilə səfər matçına (1:0) getməyib. Jurnalist Fabrizio Romanonun fikrincə, hücumçunun ardıcıl üçüncü dəfə ehtiyatda qaldıqdan sonra verdiyi açıqlamalar buna səbəb ola bilər. Oyunçu iddia edib ki, klub bu mövsüm əldə etdiyi uğursuz nəticələrə görə onu günahlandırmağa çalışıb, lakin o, problemin özündə olmadığını düşünür. O, həmçinin “Liverpul” üçün çox şey etdiyi üçün belə bir münasibətə layiq olmadığını qeyd etdi.
Tətbiqimizi yükləyə bilərsiniz