
Rusiya silahlı qüvvələri Odessa vilayətinə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Ölkə başçısı bildirib ki, zərbə nəticəsində Çornomorsk limanında mülki gəmi zədələnib:
“Bu, bir daha sübut edir ki, ruslar nəinki hazırda mövcud olan diplomatiya fürsətindən kifayət qədər ciddi istifadə etmir, həm də Ukraynada normal həyatı məhv etmək üçün müharibəni davam etdirirlər”.
Hadisə şahidlərinin fotoşəkillərinə əsasən, vurulan gəmi Türkiyənin “Cenk RoRo” şirkətinə məxsusdur. Gəminin daşıdığı yük dəqiq məlum deyil.
“Politika stranı” teleqram kanalı iddia edir ki, bəzi görüntülərdə gımidə dizel, benzin, qaz generatorları və elektrik stansiyaları istehsalçısı olan AKSA-nın konteynerləri əks olunub.
Tətbiqimizi yükləyə bilərsiniz