İranda Nobel Sülh Mükafatı laureatı saxlanıldı

nobel mükafatı laureatı nərgiz məhəmmədi aclıq aksiyasına başladı
Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi İranda saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Nərgiz Məhəmmədi digər fəallarla birlikdə hüquq müdafiəçisi Xosrov Əlikurdinin dəfn mərasimində iştirak edərkən saxlanılıb.
Qeyd edilib ki, Məhəmmədinin dəfnində iştirak etdiyi Xosrov Əlikurdi həm də tanınmış hüquq müdafiəçisi olub. Bir həftə əvvəl o, iş otağında ölü tapılıb. Yarılma nəticəsində ölümün səbəbinin infarkt olduğu müəyyənləşib.
Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. 1996-cı ildə o, İranın bir sıra KİV-lərində çalışaraq jurnalistikaya başlayıb. 2023-cü ildə Nərgiz Məhəmmədi İranda insan haqları sahəsində fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top