
Avropa Komissiyası (AK) 150 milyard avro dəyərində yeni Aİ hərbi investisiya proqramı hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu qərar ittifaq ölkələrinin ilk SAFE proqramında geniş iştirakı fonunda qəbul edilib.
Qeyd edək ki, AK-nın SAFE proqramı Rusiya ilə hərbi münaqişəyə hazırlıq məqsədi ilə Aİ ölkələri tərəfindən silah istehsalı və tədarükü ilə bağlı layihələr üçün Aİ büdcəsindən 150 milyard avro ayırmağı qarşıya hədəf qoyur.
Proqram 2025-ci ilin əvvəlində başlayıb. Payızın sonuna qədər 27 Aİ ölkəsindən 19-u müraciət edərək Avropa Komissiyasına 691 hərbi layihə təqdim edib. Bu layihələr, əsasən, Avropa Müdafiə Komissarı Andrius Kubiliusun əvvəllər elan etdiyi kimi, mərmilərin, raketlərin və hava hücumundan müdafiə sistemlərinin, eləcə də dronların istehsalına və tədarükünə yönəlib.
Tətbiqimizi yükləyə bilərsiniz