“Formula-1” əfsanəsinin avtomobili hərraca çıxarılacaq


“Mecum” hərrac evi 1979-cu ildə istehsal olunmuş “BMW M1” avtomobilini hərraca çıxaracaq.
Yeniavaz.com
“auto.ru”ya istinadla xəbər verir ki, hərrac gələn ilin yanvar ayında baş tutacaq.
Avtomobil unikal kolleksiya nümunəsi olmaqla yanaşı, az kilometrajı ilə də diqqəti cəlb edir: cəmi 20 min 350 kilometr.
Digər tərəfdən, avtomobili unikal edən daha bir xüsusiyyət isə onun üçqat “Formula 1” çempionu Niki Laudaya məxsus olmasıdır.
Lauda “Procar” yarışlarının ilk mövsümündə qalib gəlib və satışa çıxarılan bu avtomobil ona mükafat kimi təqdim edilib.
Ağ rəngli idman avtomobili orijinal “Campagnolo” təkərlərinə və bu avtomobillərdə nadir hallarda rast gəlinən bamperlərə malikdir.
Digər tərəfdən, BMW-nin bu modeli 277 at gücünə malik 3,5 litrlik altı silindrli mühərrikə malik standart kupedir.
Qeyd edək ki, BMW cəmi 50 ədəd M1 idman avtomobili istehsal edib. Ona görə də, bu nadir modellərin qiyməti bəzən yarım milyon dolları da keçir.

DİGƏR XƏBƏRLƏR

Top