
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, görüş Sülh və Etimad Forumu çərçivəsində Aşqabadda baş tutub.
Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı olmadan məhdud formatda davam edib.
Dövlət başçıları mətbuat qarşısında açıqlama verməyiblər.
Görüş ümumilikdə 40 dəqiqə davam edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğan və Putinin Ukrayna ilə bağlı ətraflı fikir mübadiləsi apardıqlarını bildirib.
Peskov həmçinin bildirib ki, Putinin Türkiyəyə səfər etmək üçün dəvəti olduğu kimi Ərdoğanın da Rusiyaya səfər etmək üçün dəvəti var.
Onun sözlərinə görə, Putinin Türkiyəyə səfəri mümkün olduqda baş tutacaq.
Qeyd edək Ərdoğan və Putin arasında sonuncu üzbəüz görüş sentyabrın 1-də Çinin Tyantszin şəhərində olub. O vaxtdan bəri prezidentlər iki dəfə - 7 oktyabr və 24 noyabrda telefonla danışıblar.
Tətbiqimizi yükləyə bilərsiniz