
2025-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3835,2 manat, qeyri neft-qaz sektorunda 1035,4 manat təşkil edib.
“Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,2 manat, özəl müəssisələrdə isə 1112,8 manat olub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz