Türkiyənin müdafiə sənayesi şirkəti Azərbaycanda yeni şirkət qurdu


Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Maşınqayırma və Kimya Sənayesi” (MKE) şirkəti iki ölkə arasında müdafiə və texnologiya əməkdaşlığını inkişaf etdirmək üçün Azərbaycanda “Maşınqayırma və Kimya Sənayesi Azərbaycan” (MKA) adlı yeni bir şirkət qurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik şirkətin rəsmi olaraq fəaliyyətə başladığını bildirib.
“Dost və qardaş Azərbaycanla müdafiə sənayesində atdığımız konkret və strateji addımların ifadəsi olaraq, “Maşınqayırma və Kimya Sənayesi” şirkətimiz (MKE) “Maşınqayırma və Kimya Sənayesi Azərbaycan” (MKA) adı altında Azərbaycanda ilk xarici törəmə müəssisəsini qurdu və fəaliyyətə başladı”, - deyə nazirlik qeyd edib.
Qeyd edək ki, MKA Azərbaycanda yüksək texnologiyalı müdafiə sənayesi istehsal infrastrukturu quracaq. Şirkət həm Türkiyə, həm də Azərbaycan üçün lazım olan müxtəlif müdafiə məhsulları istehsal edəcək.
Xatırladaq ki, MKE hazırda türk mühəndislərinin imzası ilə məhsullarını 5 qitədə 99 ölkəyə ixrac edir.

DİGƏR XƏBƏRLƏR

Top