
Dekabr ayın əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 23 min 394 nəfər keçmiş məcburi köçkün qayıdıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ay ərzində işğaldan azad edilən ərazilərə köçənlərin sayı isə 2 min 515 nəfər olub.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 64 min 512 nəfər təşkil edib. Nəticədə, dekabr ayında işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən və təhsil alan şəxslərin sayı cəmi 47 nəfər artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz