
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 80 min 802 körpə doğulub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında doğulan körpələrin sayı 5,9% və ya 5 min 472 nəfər az olub.
Qeyd edək ki, eyni dövrdə ölənlərin sayı əvvəlki illə müqayisədə 810 nəfər artaraq 49 min 846 nəfərə yüksəlib. Nəticədə ölkədə əhalinin təbii artımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında 14% və ya 6 min 282 nəfər azalaraq 30 min 956 nəfərə düşüb.
Onu da bildirək ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% olub. Doğulan körpələrdən 2 min 714-ü əkiz, 81-i isə üçəm olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz