
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş olub.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, görüş Sülh və Etimad Forumu çərçivəsində Aşqabadda baş tutub.
Görüşdə Putin Rusiya və İran arasında ticarət dövriyyəsinin artdığnı bildirib.
“Keçən il ticarət dövriyyəsi 13%, bu il isə ilk üç rübdə daha 8% artıb”, - deyə Rusiya lideri qeyd edib.
O, Moskva ilə Tehran arasında münasibətlərin çox müsbət inkişaf etdiyini vurğulayıb.
Putin həmçinin bildirib ki, Rusiya və İran qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edirlər.
“Biz nüvə proqramı ilə bağlı məsələlər də daxil olmaqla, bütün əsas beynəlxalq məsələlərdə İranla sıx əlaqədəyik”, - Putin əlavə edib.
İran Prezidenti Məsud Pezeşkian isə Rusiya lideri Vladimir Putinə İranın xarici siyasət mövqeyini qlobal miqyasda dəstəklədiyinə görə təşəkkür edib.
Qeyd edək ki, Rusiya və İran liderləri sonuncu dəfə sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Çində görüşüb.
Tətbiqimizi yükləyə bilərsiniz