
Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Robert Aqarunov vəfat edib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı saytımıza mərhumun qardaşı Rantik Aqarunov bildirib.
O qeyd edib ki, qardaşı ötən gün İsraildə dəfn edilib.
Məlumata görə, Robert Aqarunov dekabrın 11-də 59 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz