Ən çox yağıntı düşən ərazilər açıqlandı


Saat 10:00-a olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm olub.
Sumqayıt, Daşkəsən, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Tərtər, Qusar, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Lerikdə duman müşahidə edilib, görmə məsafəsi 200 metrədək məhdudlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top