Messi Hindistanda heykəlini açacaq


“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Hindistanda baş tutacaq “bütün zamanların ən böyük oyunçusu” turu çərçivəsində Kalkütada heykəlini açacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Tədbirdə Messinin komanda yoldaşları, uruqvaylı hücumçu Luis Suares və argentinalı yarımmüdafiəçi Rodriqo de Paul da iştirak edəcək.
Bildirilib ki, hündürlüyü 21 metr olan heykəli 45 nəfərdən ibarət komanda 27 gün ərzində yığıb.
Tur dekabrın 13-dən 15-dək davam edəcək. Messi Kəlkütədən sonra Heydərabad, Mumbay və Yeni Dehliyə səfər edəcək.

DİGƏR XƏBƏRLƏR

Top